18 Fevral 20:57

Müəllimlikdən Iron man-ə gedən yol

Uşaqlıqdan hər kəsin bir arzusu olur. Bəzilərimiz bu arzuları məqsədə çevirib, ona doğru addımlayırıq. Bəzilərimiz isə o arzuları sadəcə uşaqlıq illərimizdə saxlayıb, gələcəyə doğru irəliləyirik. Bu o demək deyil ki, onlar gələcəkdə reallaşa bilməz. Peşəmizdən asılı olmayaraq, istədiyimiz sahə ilə də məşğul ola bilərik! Peşəkar mühəndis, çox yaxşı piano ifaçısı ola bilər. Peşəkar müəllim, idman sahəsində gözəl uğurlara imza ata bilər. Bacarmaram deyə düşünməyin! İnsan istədikdən sonra əzmlə çalışarsa hər şeyi bacara bilər. Əsas odur ki, ruhdan düşməsin!
Spikerimiz Firdovsi Kərimov ixtisasca müəllim olsa da, idman sahəsində öz arzularını reallaşdırıb və uğur qazanıb.
Firdovsi müəllim:

– 4 dəfə beynəlxalq marafon iştirakçısı (distans 42.1) olub
– 1 il ərzində 1805 km qaçış edib
– Half-Ironman-dir.
– Bir neçə dəfə həvəskarlar arasında pinq-ponq turnirlərində 2-ci və 3-cü yerləri tutub.
– Mart ayında Antalyada, apreldə Parisdə, Mayda isə Praqa Marafonlarında iştirak etməyi planlaşdırır.
Tarix: 21 fevral saat 15:00
Seminara qeydiyyatdan keçmək üçün aşağıdakı formu doldurun:
http://goo.gl/forms/OQg69uDlOK

Bəyən və paylaş

Rəylər

rəy(lər)