20 Dekabr 14:11

Müasir Azərbaycan animasiyası konfransı

“Müasir Azərbaycan animasiyası” mövzusunda konfrans keçiriləcək.

Dekabrın 22-də, saat 17:00-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, “Müasir Azərbaycan animasiyası” mövzusunda konfrans keçiriləcək. Konfransda animasiya studiyalarının təmsilçiləri, rejissorlar, prodüserlər, rəssamlar və kinoşünaslar müasir milli animasiyanı müzakirə edəcəklər. Tədbirdə yeni layihələr və yeni animasiya filmləri də nümayiş olunacaq, ilk dəfə olaraq “Azərbaycan animasiyası” kitabının təqdimatı keçiriləcək. Müasir Azərbaycan multiplikasiyasına biganə olmayan hər kəsi səmimi qəlbdən bu tədbirə dəvət edirik.

Konfransın iştirakçıları:

– Rəşid Ağamalıyev. “Azərbaycan animasiyası” kitabı
– Sultan Abbasbəyli. “Sultan” Animasiya studiyası
– Elçin Orucov. “Tartoniks” animasiya studiyası
– Ağarəhim İbrahimov, Leyla Qabulova. “Harmony of Chaos” animasiya studiyası
– Mansur Şəfiyev. “Azanfilm” Animasiya studiyası
– Firəngiz Qurbanova. “Birlik” Animasiya studiyası
– Elçin Hami Axundov. “Qurama” Uşaq Animasiya studiyası

Proqram:
17:00 – 17:15 – Təşkilatçıların giriş sözü
17:15 – 17:30 – “Azərbaycan animasiyası” kitabı
17:30 – 17:45 – “Sultan” animasiya studiyası. “Aydanın rəsmi” filminin primyerası
17:45 – 18:00 – “Tartoniks” animasiya studiyası
18:00 – 18:15 – “Harmony of Chaos” animasiya studiyası
18:15 – 18:30 – “Azanfilm” animasiya studiyası
18:30 – 18:45 – “Birlik” animasiya studiyası
18:45 – 19:00 – “Qurama” uşaq animasiya studiyası
19:00 – 19:30 – Mətbuat konfransı

Mətbuat nümayəndələrini də konfransa dəvət edirik. Jurnalistlər [email protected] ünvanına yazıb, qeydiyyatdan keçə bilərlər.

«Müasir Azərbaycan animasiyası» konfransında görüşənədək!

Təşkilatçı: OLIEL Company, s.r.o.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə.
Ünvan: İnşaatçılar prospekti 39
Əlaqə nömrəsi: 050 462 91 49

Giriş sərbəstdir!

Bəyən və paylaş

Rəylər

rəy(lər)