28 Yanvar 11:31

“Müasir biologiyanın aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçiriləcək

“Müasir biologiyanın aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçiriləcək

5 fevral 2019-cu il tarixində AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının təşkilatçılığı ilə “Müasir biologiyanın aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarından, respublikanın ali məktəblərindən və Kənd Təsərrüfatı Nazirliyinin sahə institutlarından yaşı 35-ə qədər olan 40 yaxın nümayəndə iştirak edəcək.

Konfransda maraq doğuran və biologiyanın aktual problemlərini özündə daha dolğun əks etdirən məruzələrin mükafatlandırılması nəzərdə tutulub.

Ünvan: Bakı ş., Mikayıl Müşfiq 103.

Bəyən və paylaş

Rəylər

rəy(lər)