“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək

22 aprel 2021-ci il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək.

Açılış nitqini Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev edəcək.

Qonaq məruzəçi qismində Voronej Dövlət Mühəndislik Texnologiyaları Universitetinin kafedra müdiri, professor Səbuhi Niftəliyev iştirak edəcək.

Konfrans zamanı məruzəçilər:
▪️Əxlaqi dəyərlərimizin ali məramı;
▪️Tarix boyu insanlarla yaşayan qorxulu virus xəstəlikləri;
▪️Müasir biologiyanın pandemiya sınağı;
▪️Alkoqola, tütünə, narkotikə “yox deyək!”
▪️Qan xəstəlikləri;
▪️Nəqliyyat tullantıları ilə atmosferin çirklənməsi;
▪️Pandemiyanın insanlar üzərindəki psixoloji təsirləri və digər əhəmiyyətli mövzular barədə çıxış edəcək.

Bir cavab yazın

Back to top button