8 İyul 12:09

“”Müasir dilçiliyin aktual problemləri” mövzusunda Beynəlxalq konfrans keçiriləcək

24-25 noyabr 2016-cı il tarixlərində Sumqayıt Dövlət Universitetində bu təhsil ocağının və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir dilçiliyin aktual problemləri” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə iştirak etmək istəyənlər məruzələrin tezislərini 10 noyabr 2016-cı il tarixinədək konfransın Təşkilat Komitəsinə göndərə bilərlər.

Konfransın işi aşağıdakı bölmələr üzrə təşkil olunacaq:

–  Ədəbi dil və dil normaları qloballaşma şəraitində: mövcud vəziyyət və problemlər;

–  Türkologiya, Kütləvi informasiya vasitələrinin dili;

–  Müqayisəli dilçilik: dillərin linqvodidaktik təsviri;

–  Üslubiyyat və semantika;

–  Tərcüməşünaslıq: nəzəriyyə və təcrübə;

–  Multikulturalizm və dil.

Məruzələrin tərtibatına dair tələblər: 

– Mətnlər Word-A4 formatında 2 səhifə həcmində olmalıdır;

– Times New Roman, 12 şrift, 1 interval 1,0. yazılmalıdır;

–  Müəllifin adı, soyadı, atasının adı və iş yeri göstərilməlidir.

– Müəllifin ad və soyadından sonra səhifənin ortasında məqalənin adı böyük qara hərflərlə yazılmalıdır;

Ünvan: Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universiteti (III tədris korpusu), 16-cı məhəllə.

Telefon: (+994 18) 6553666

E-mail: [email protected] 

© www.science.gov.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)