“MÜASİR ENERJİ ÇAĞIRIŞLARI” MÖVZUSUNDA ONLAYN SEMİNAR KEÇİRİLƏCƏK

Qərbi Kaspi Universiteti Beynəlxalq Enerji Xartiyası ilə birgə onlayn seminar keçirəcək

Qərbi Kaspi Universiteti, Beynəlxalq Enerji Xartiyası və enerji üzrə ekspert Pərviz Qəribzadənin birgə təşkilatçılığı ilə “Müasir Enerji Çağırışları” mövzusunda 25 sentyabr saat 15:00-da onlayn seminar keçiriləcək.

Vebinar iki hissədən ibarətdir və ingiliscə baş tutacaq.

Vebinarın birinci hissəsinin əsas istiqamətləri:
1. Bərpa olunan enerji ehtiyatları və enerji saxlanması
2. Batareyalar və hidrogen texnologiyası
3. İqlim dəyişkənliyi konteksində nəqliyyat alt sektorundakı karbon emissiyalarının azaldılması

Vebinarın ikinci hissəsi Enerji Xartiyasının nümayəndəsi tərəfindən aparılacaq.
İkinci hissənin əsas istiqamətləri:
1. Enerji Xartiyası Müqaviləsi (EXM)
2. EXM-nin modernləşdirilməsi

Qoşulmaq üçün link:

Join conversation

Bir cavab yazın

Back to top button