Müasir İncəsənət Məktəbi

Dostlar, YARAT Təhsil proqramı çərçivəsində, Əməkdar rəssam, kurator Sabina Şıxlinskaya ilə birgə Azərbaycanda ilk Müasir İncəsənət Məktəbini elan edirik Məktəbin açılışı YARATın yaradılmasının 10 illiyinə həsr olunur. Birillik kursun yekununda, müasir incəsənətin aşağıdakı sahələri üzrə mütəxəssislərin sertifikatlaşdırılması olacaq:

• rəssam

• kurator

• art-menecer

• art-tənqidçi

• tədqiqatçı

Layihə həm nəzəri (mühazirələr, müzakirələr, muzey və qalereyalara səfərlər), həm də praktiki hissələrdən (kurs işləri, yekun layihələr, yekun sərgi) ibarətdir. İncəsənət Məktəbinin birinci mərhələsi 6 aylıq intensiv nəzəri proqramdan ibarətdir. Proqram çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən, müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltəraşlıq, kollaj, animasiya və s. kimi janrları üzrə məruzələr keçiriləcək. Həmçinin, bir sıra qalereya, muzey və incəsənət məkanlarında görüşlər və müzakirələr keçiriləcək və bununla da kursun nəzəri aspekti tamamlanacaq. Nəzəri kurs başa çatdıqdan sonra yekun sərgiyə hazırlıq işləri keçiriləcək. Bu mərhələyə sərginin ideya və konsepsiyalarının təqdimatı, tədqiqatların aparılması, müxtəlif materiallar, forma və texnika ilə iş, istehsal prosesi, büdcənin hazırlanması, quraşdırılma, yekun sərginin açılışı daxildir. İllik kurs isə, sərgi çərçivəsində xüsusi təhsil və sosial proqramların həyata keçirilməsi ilə yekunlaşacaq.

Dərslər həftədə 3 dəfə, əsasən axşam saatlarında keçiriləcək

Abituriyentlərin məktəbə qəbulu müsabiqə əsasında aparılacaq

Müsabiqədə iştirak şərtləri:

• CV (PDF formatında)

• Veb-saytınızdan (əgər varsa) və sosial şəbəkə səhifələrinizdən (Facebook, Instagram və s.) əlaqə məlumatları

• Portfolio (əgər varsa) – (vizual istiqamətdə iştirak üçün müraciət edirsinizsə portfolionun olması zəruridir)

• Yazılı materiallar, esselər, məqalələr – (nəzəri istiqamət üzrə iştirak üçün müraciət edirsinizsə, bu materiallar tələb olunur)

Bütün iştirakçılar 200-300 sözlük motivasiya məktubu təqdim etməlidirlər

Yaş həddi: 18-35 yaş

İştirak ödənişsizdir

Müraciətlər 3 fevral tarixinə qədər [email protected] ünvanından qəbul olunacaq


____________________________________________________________________________________________________________________




BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az