Müasir istixana kompleksində mühasib vakansiyası

Tələblər:

– Mühasib kimi minimum 2 il əmək stajı;

– Elektron qaimələrlə işləmə bacarağı;

– Vergi qanunvericiliyini bilməli;

– Microsoft ofis proqramlarında yüksək səviyyədə biliklər;

– 1 C 8.3 və BTP proqramları ilə sərbəst işləmək bacarığı;

– Rus və ingilis dili biliyi üstünlük.

İş şəraiti:

– 6 günlük iş qrafiki;

– Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi;

– Əmək haqqı NET 800 – 1000 AZN

Vəzifələr:

– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;

– Dövlət büdcəsinə ödənişlərin həmçinin sosial sığorta ayırmalarının və digər vergi vəsaitlərinin köçürülməsinin həyata keçirilməsi;

– Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;

– Təhtəlhesab, balans, avans hesabatının aparılması;

– Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF, Vergi)

– Hesab və elektron qaimə-fakturaların yazılması;

– Mal və Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;

– Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;

– Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.

CV formasını [email protected] elektron ünvanına mövzu yerinə həmin vakansiyanın adını qeyd edərək göndərmələri xahiş olunur. Uyğun namizədlər əlaqə saxlanılaraq növbəti mərhələyə dəvət olunacaqdır.

Bir cavab yazın

Back to top button