Müdafiə Nazirliyi təşkilatçılığı ilə keçirilən “RƏNGLİ PERİMETR” uşaq rəsm müsabiqəsi davam edir

Müdafiə Nazirliyi təşkilatçılığı ilə keçirilən “RƏNGLİ PERİMETR” uşaq rəsm müsabiqəsi davam edir! Müdafiə Nazirliyinin təşkilatçılığı, eləcə də Mədəniyyət Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyi və ASAN radionun dəstəyi ilə 26 iyun “Silahlı Qüvvələr Günü”nə həsr olunmuş hərbi-vətənpərvərlik mövzusunda “RƏNGLİ PERİMETR” adlı uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqədə 5-15 yaşadək uşaqlar iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən uşaqların təqdim etdiyi rəsm əsərinin fotosu, müəllifin adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi qeyd edilməklə [email protected] email ünvanına göndərilməsi tövsiyə olunur. Rəsm əsərləri 100X100 ölçüsündən böyük olmamalıdır. Müsabiqə iyunun 22-dək davam edəcək. Mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı ilə seçilən əsərlər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti tərəfindən seçilmiş rəsm əsərlərdən ibarət sərgi təşkil olunacaqdır.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az