20 İyun 18:57

Müəllim və təlimçilərin nəzərinə!

Müəllim və təlimçilərin nəzərinə!
Bilik və bacarıqlarınızı bölgələrimizdəki şagirdlərlə bölüşün!

 

Artıq 4-cü dəfədir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək “Təhsil avtobusu” Yay Məktəbi bu il iyul ayında sərhəd və sərhədə yaxın bölgələrdəki şəhər və ucqar kəndlərdə yerləşən məktəblərin 6-9-cu sinif şagirdlərini əhatə edəcək.
Nəsimi ilinə həsr olunan Yay Məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

Yay məktəbində tədris olunacaq mövzular anketdə qeyd olunub.
Təlim könüllü əsaslarla keçirilir.
Təlimçilərin regionlarda yaşayış və yemək xərcləri layihə tərəfindən qarşılanacaq.
Tarix və bölgələr barədə müsahibə mərhələsində məlumat veriləcək.

Qeydiyyat linki: https://educationbus.typeform.com/to/bOH8KR
Son müraciət tarixi: 27.07.2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)