Müəllimə vakansiyası

Müəllimə

Tələb olunan iş Bacarığı:

– Uşaqların tərbiyəsini, harmonik inkişafını təşkil edir,
– Tədris tapşırıqlarının yerinə yetirilməsinə kömək edir,
– Qrupda hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır,
– Uşaqlara diqqətlə yanaşır, onların fərdi xüsusiyyətlərini öyrənir,
– Tərbiyə işinin təşkili ilə bağlı aylıq, illik iş planı tərtib edir,
– Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir,
– Uşaqların davranışlarındakı dəyişikliklər və pozuntular, səhhətinin vəziyyəti barədə bağçanın rəhbərliyinə və həkimə məlumat verir, həkimin tələblərini yerinə yetirir,
– Uşaqların ailədə tərbiyəsinə dair valideynlərlə iş aparır,
– “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
– Əmək və ailə qanunvericiliyini;
– Pedaqogika, sosial, yaş və uşaq psixologiyasını;
– Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini;
– Ümumi və xüsusi təhsil üzrə milli məzmun standartlarını, kurikulumu;
– Təlim-tərbiyə işinin təşkilini;
– İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

Tələb olunan təhsil və biliklər:

– Ali pedaqoji təhsil (məktəbəqədər pedaqoji fəaliyyət);
– 5 ildən 15 ilədək pedaqoji staj (arzuolunan bağça sahəsində) olmalı;
– Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli;
– Microsoft Office (MS Word, MS Excell, MS Outlook, MS PowerPoint) proqramlarını əla səviyyədə bilməli;
– Komandada işləmək bacarığına sahib olmalı;
– Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Digər tələb və şərtlər:

– Yaş həddi: 25-40 AZN
– Əmək haqqı: 500-1200 AZN
– İş rejimi: həftədə 5 gün, 07.00-dan 18.00-dək
– Nahar bağça tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Müəllimə” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Related Articles