Çərşənbə axşamı, 24 İyun, 2025

Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək istəyən şəxslərin nəzərinə!


  • Dərc edildi: 1 İyun, 2021 - 09:51
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək istəyən şəxslərin nəzərinə!

Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək istəyən şəxslərin nəzərinə!
İyunun 4-dən etibarən 2021-2022-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesi başlayır.
Əvvəlki illərdə olduğu kimi, müsabiqə 4 mərhələdə həyata keçiriləcəkdir: elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.
Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.
Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron sənəd qəbulu prosesi 4-11 iyun tarixlərini əhatə edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 152
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 771
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 190
Sertifikatlaşdırmada...