Cümə axşamı, 21 Avqust, 2025

Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeniliklərə dair brifinq keçirilib


  • Dərc edildi: 16 Fevral, 2022 - 11:44
Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeniliklərə dair brifinq keçirilib

Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeniliklərə dair brifinq keçirilib Fevralın 16-da müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı onlayn brifinq keçirilib. Brifinqdə iştirak edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov qaydalarda edilən dəyişikliklər barədə media nümayəndələrinə məlumat verib. Bildirilib ki, növbəti tədris ili üzrə keçiriləcək işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılır. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək. Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualınhər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək. Eşqi Bağırov qeyd edib ki, vakant yer seçmək imkanı əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinə veriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı yeniliklərə də toxunan şöbə müdiri deyib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yerdəyişmə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçiriləcək. Daha sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Mənbə: edu.gov.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 203
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7131
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...