Biləsuvarda "Müəllimlərin peşəkar inkişafının artırılması ilə istedadlı şagirdlərin fənn olimpiadalarına hazırlaşdırılması" layihəsinin açılış mərasimi keçirilib
Biləsuvar rayonunda "Müəllimlərin peşəkar inkişafının artırılması ilə istedadlı şagirdlərin fənn olimpiadalarına hazırlaşdırılması" layihəsinin açılış mərasimi baş tutub.
Layihənin rəhbəri Mehman Əliyevin verdiyi məlumata görə, layihənin məqsədi məktəb üzrə müəllimlərin peşəkar inkişafının artırılması ilə istedadlı şagirdlərin fənn olimpiadalarına hazırlaşdırılması üçün hazırlıq qruplarının təşkilindən ibarətdir.
Layihənin icrasına uyğun olaraq məktəb üzrə təqdimat mərasimi təşkil edilib. Təqdimat zamanı layihə haqda təqdimat iştirakçılarına ətraflı məlumat verilib və suallar cavablanıdırılıb.
Həmçinin təlimlərə başlamazdan öncə müəyyən olunmuş kriteriyalar üzrə Azərbaycan dili və ədəbiyyat və riyaziyyat fənləri üzrə 2 müəllim, fizika, kimya, biologiya, coğrafiya, tarix və informatika fənlərindən isə 1 müəllim olmaqla yekunda 10 nəfər müəllim seçiləcəkdir.
Müəllimlərin seçimindən sonra onlar üçün təlimlərə start veriləcəkdir. Təlimlər zamanı layihəyə cəlb olunacaq həm ekspert, həm təlimçilər Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi ilə əməkdaşlıq ilə təşkil olunacaqdır. Bu cür əməkdaşlıq layihənin həm gedişatının, həm də təlimlərin təşkilinə öz müsbət təsirini göstərəcəkdir. Təlimin mövzuları - fənn üzrə olimpiada suallarının (açıq və qapalı) hazırlanması metodu, müəllimlərin olimpiada mövzuları üzrə araşdırma bacarıqlarının inkişafı, şagirdlərdə fənn üzrə mövzulara uyğun yazı bacarıqlarının formalaşdırılması və distant təhsilin təşkili ilə bağlı bacarıqların inkişaf etdirilməsi olacaqdır.
Eyni zamanda layihənin növbəti mərhələsində olimpiada dərslərinin təşkili üçün 8-9-10-11-ci siniflər üzrə diaqnostik imtahan təşkili olunacaqdır. Bu imtahan məktəbin müvafiq sinifləri üzrə istedadlı uşaqlar üzə çıxmasına yardımçı olacaqdır.
Daha sonra olimpiada dərslərinin təşkili 3 ay ərzində məktəbin seçilmiş və təlimatlandırılmış müəllimləri tərəfindən aparılacaqdır. Bu 3 ay ərzində 10 nəfər 8 fənn müəllimi 2 yaş qrupu üçün (64 nəfər) intensiv dərslər təşkil edəcəklər.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur