4 Noyabr 07:09

“Muğamatım bir dəryadır” layihəsi

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə “Muğamatım bir dəryadır” adı layihə həyata keçiriləcəkdir.

Layihə rəhbəri İlahə Qismətin verdiyi məlumata görə, “Muğamatım bir dəryadır ” layihəsi çərçivəsində həyata keçiriləcək 3 günlük (11,12,14 noyabr) təlimə əsasən layihə iştirakçıları muğamla bağlı bir çox suallarına cavab alacaq, əyani olaraq muğam parçalarını dinləyə biləcək və şifahi -ənənəli professional muğamlarımız haqqında maarifləndiriləcəklər.

Təlimlər görkəmli muğam ifaçılarının – Xalq artisti,dosent Zümrüd Məmmədova, Əməkdar incəsənət xadimi, professor, bəstəkar Aydın Əzimov, Əməkdar artist, dosent Mirnazim Əsədullayev, AMK-nın müəllimi, ADMİU-nun doktorantı Əhsən Əhmədov və musiqişünas Fərdin Məmmədlinin iştirakı ilə baş tutacaq.

Layihə zamanı gənc musiqiçilər və musiqi sevərlərustad sənətkarlar tərəfindən şifahi ənənəli-professional muğamlarımız haqqında biliklərə yiyələnəcək və mövzu ətrafında müzakirələrdə iştirak edə biləcəklər.

Qeyd edək ki, layihənin keçirilməsinin əsas məqsədi gənc musiqiçilərə və bu sahəyə marağı olan şəxslərə muğam sənətinin sirlərini teorik və praktik olaraq öyrətməkdən, həmçinin onların incəsənətə olan marağının artırılmasından ibarətdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)