Vəzifə öhdəlikləri :
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• Vergi orqanları ilə yazışmalar
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
• Əmək haqqılarının hesablanması
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır, mal-materialların faktiki maya dəyərini hesablayır.
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir.
- Layihələr üzrə görülmüş işlərin təhvil-təslim aktı sənədlərini cavabdeh şəxslərdən qəbul edib akta əsasən layihə anbarından mal-material silgisini həyata keçirir. Dövri olaraq layihə anbarlarının mal-material qalıqlarını müvafiq layihələr üzrə cavabdeh şəxslərlə təsdiq edir.
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlayır və nəzarət edir.
• İş qrafiki: 1-5 ci günlər 9-6
• İstirahət günü-Bazar günü
Namizədə tələblər:
• Ali təhsil (İqtisadiyyat üzrə)
• Microsoft Office proqramlarını bilmək
• 1 C 7.7 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
• e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
• Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
• Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
• Əmək haqqı: 800-900
• Staj: minimum 3 il
• AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
Ünvan: Bakı şəh. 28 May Səməd Vurğun küç., 43
World Business Centre, 11-ci mərtəbə, 11/3
Əlaqədar şəxs: Cəfər0509699900
Maraqlanan namizədlərdən öz CV-lərini[email protected]ünvanına, mövzu bölməsində “Mühasib (təcrübəçi)” yazmaqla göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur