Çərşənbə, 25 İyun, 2025

Mühasib üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı


  • Dərc edildi: 25 İyun, 2025 - 01:13
Mühasib üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

Mühasib üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı


Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Əməliyyatçı-Mühasib Təlim-Təcrübə Proqramına qeydiyyat davam edir.

 

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Mühasibat sahəsində biliklərini artırmaq və praktiki təcrübə qazanmaq istəyənlər.
  • Ali təhsilli şəxslər ( karyerasını mühasibat  və maliyyə sahəsində qurmaq istəyənlər) 
  • Aktiv və məsuliyyətli gənclər

2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Mühasibat Uçotu və Əsasları:

  • Mühasibat uçotunun əsas prinsipləri.
  • Hesabatların hazırlanması və yoxlanılması.
  • Əməliyyatların uçota alınması (pul, mal, xidmət əməliyyatları).
  • Maliyyə sənədlərinin düzgün doldurulması və arxivləşdirilməsi.

B. Əməliyyatların İdarə Edilməsi və Sənədləşmə:

  • Gəlir və xərc əməliyyatlarının uçotu.
  • Bank və kassa əməliyyatlarının aparılması.
  • Vergi sənədlərinin hazırlanması və təqdimatı.
  • 1C və digər mühasibat proqramlarında əməliyyatların daxil edilməsi.

C. Hesabatlıq və Maliyyə Analizi:

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması.
  • Mühasibat balansının təhlili.
  • Vergi hesabatlarının və ödənişlərinin aparılması.
  • Mühasibatlıq sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsi.

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 3 ay davam edəcək.
  • Təlim təcrübə proqramı  hər gün 4 saat və  həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq.
  • 3 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Yanaşma – Mühasibat və əməliyyat işləri real nümunələr üzərindən öyrədilir.
  • Mentor Dəstəyi – Təcrübəli mühasiblərdən fərdi rəhbərlik və dəstək.
  • İş Bacarıqlarının İnkişafı – Müxtəlif mühasibat proqramları və əməliyyatların idarə olunması.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Proqramı tamamlayanlara təcrübə sertifikatı təqdim olunur.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: 

https://forms.gle/tZV1Z7V5CRnZQvYi8

 

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

 Veb sayt: www.visionacademy.az

 

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

 Veb sayt: www.visionacademy.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 163
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 784
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 197
Sertifikatlaşdırmada...