Cümə axşamı, 4 Sentyabr, 2025

Mühasib vakansiyası


  • Dərc edildi: 29 May, 2025 - 19:59
Mühasib vakansiyası

Mühasib vakansiyası

 

Tələblər:

Qeyd edilən sahədə iş təcrübəsi minimum 2 il.

Maliyyə, Mühasibat uçotu üzrə ali təhsil.

Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti.

E-gov.az, e-taxes.gov.az və digər aidiyyətı üzrə portallarda işləmə bacarığı.

MS Office excel proqramında işləmə bacarığı, (məsələn: SUMIF, VLOOK, TRİM, PVOT, INDEX və sair formulalar ilə praktik tanışlıq.)

1C 8.3 mühasibatlıq proqramında işləmək bacarığı, iikoChain satış proqramında iş təcrübəsi (arzu olunandır).

Vergi və Əmək məcəlləsinin fundamental baza tələbləri ilə nəzəri/praktik tanışlıq

Maliyyə hesabatları (Mənfəət və zərər, Balans Hesabatı və sair) və ümümi mühasibat əməliyyatları (baza müxabirləşmələr) barədə nəzəri/praktik biliklər.

Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilməsi arzuolunandır.

 

Öhdəliklər:

Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili.

Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi.

Gündəlik və aylıq hesabatların tərtib edilməsi.

Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması. 

Əmək haqqı hesablanması və uçotunun aparılması.

Bütün aparılmış əməliyyatların Maliyyə / Mühasibatlıq uçot proqramında (1C) yoxlanılması və izlənilməsi. 

Debitor və kreditor hesablaşmalarına nəzarət edilməsi.

Xidməti Müqavilə (VÖEN) ilə çalışan işçilərin sənədləşmə işinin təşkili.

Maliyyə menecer tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

 

Komandamıza qoşulmaq istəyirsinizsə, cv-nizi [email protected] e-mail ünvanı vasitəsi ilə təqdim edə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1103
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 255
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8104
Sumqayıt Dövlət Univ...