Mühasib vakansiyası

Kateqoriya:Mühasib   Departament: Maliyyə   İş yeri: Azərbaycan, Bakı   İş qrafiki: Tam / 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);   Şirkət haqqında : Trawell Group gənc, dinamik komandası ilə bir neçə səyahət startapı üzərində işləyən turizm şirkətidir. Şirkət 2015-ci ildən fəaliyyət göstərir və özündə Vizam.az, Pickvisa.com, Backpack Azerbaijan kimi startapları birləşdirir. Əsas vəzifə öhdəlikləri:
  • Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi (kassa mədaxil və kassa məxaric orderlərin yazılması );
  • Vergi qanunvericiliyinin tələbləri üzrə E-Qaimə fakturalarının ,VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Aylıq, rüblük və illik Vergi ( ÖMV, gəlir, mənfəət və s.) , DSMF və Statistika və digər əlaqəli bütün hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi, Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması ;
  • Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
  • Lazımi müqavilələrin hazırlanması və yenilənməsi;
  • Maliyyə-Mühasibatlıq üzrə Program təminatı üzrə bütün Əməliyyatlarınn həyata keçrilməsi;
  • MM və BM üzrə Əməliyyatların sistemə daxil edilməsi və bütün üzləşmələrin yerinə yetrilməsi;
  • Məzuniyyətlərin sistemləşdirilməsi, ərizələrin və ƏMR-ləşmələrin edilməsi;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Maliyyə Menecerinin tələb etdiyi bütün digər vəzifə öhdəlikləri;
Namizədə tələblər:  
  • Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3-4 il professional iş təcrübəsi (Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən Şirkətlərdə təcrübə üstünlükdür);
  • AR Vergi və Əmək məcəlləsi üzrə nəzəri biliklər və praktiki təcrübə;
  • Milli mühasibat uçotu standartları üzrə biliklər;
  • E-gov.az, e-taxes.gov.az, e-sosial.az portallardan istifadə bacarığı və həmçinin BTB Proqramı üzrə iş təcrübəsi;
  • Yüksək riyazi zəka və analiz etmə bacarığı və həll yönümlü olmaq;
  • Müqavilələrin hazırlanması üzrə təcrübə;
  • ERP- və digər bu kimi Maliyyə proqramlarında təcrübə üstünlükdür.
  • Aktiv, çevik, öyrənməyə həvəsli, fokslu və cəld işləmə qabiliyyəti yüksək və nəticə yönümlü olmalı;
  • Microsoft Office proqramları (xüsusilə Excel) əla bilmək ;
  • Disiplin, məsuliyyət, diqqətlilik və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq;
  • Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Əla Azərbaycan dili və praktiki İngilis dili;
  • ACCA -FA üzrə sertifikat mütləqdir. Digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür;
  • Yaş həddi: 30 yaşa qədər
Təklif:
  • Rəsmi Əmək Müqaviləsi ilə Əmək haqqı Net: 700-850 AZN +KPI Bonus (təcrübədən asılı olaraq);
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
  • Gənc, dinamik komandada lokal və qlobal startapların bir hissəsi olmaq.
  Müraciət üçün [email protected] emailinə Mühasib başlığı ilə CV və qısa İstək Məktubunuzu göndərə bilərsiniz. Yalnız tələblərə uyğun namizərdlər məqbul hesab ediləcəkdir. Son Tarix: 30.06.2022
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az