Mühasib vakansiyası

Mühasib

Əmək haqqı: 700 – 900 AZN

Tələblər:

– Yaş həddi: 25- 35
– Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi (Logistika sahəsində çalışan namizədlərə üstünlük verilir)
– Ali təhsil
– 1C (8.3) proqramında işləmək bacarığı

Vəzifələr:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların
– Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – cümə; iş saatı: 09:00 – 18:00
– Karyerada inkişaf imkanları

Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini mövzu yerində “Mühasib Edumap.az” qeyd edərək [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Bir cavab yazın

Back to top button