3 Mart 11:48

Mühasibat və vergi uçotu tədris proqramı

Hörmətli tələbələr!

Hərbirinizi “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” ictimai birliyinın təşkilatçılığı ilə UNEC-də Emin Səttarovun təqdimatında “Mühasibat və vergi uçotunun aparılması” mövzusundə tədris proqramına dəvət edir. Tədris proramı 3 ay müddətində, həftədə 1 dəfə olmaqla ( hər həftə 3 saat, toplam 36 saat) UNEC-in II tədris binasında təşkil olunacaq. Tədris proqramını uğurla başa vuranlara sertifikat və şəhadətnamə, təşkil olunacaq imtahanda uğurlu nəticə göstərənlərə stimullaşdırıcı hədiyyələr və təcrübə proqramı təqdim olunacaq.

Tələbələrə tədris proqramında aşağıdakı mövzular öyrədiləcək:

• Fiziki şəxslərin gəlir vergisi (əmək haqqı ilə bağlı bütün əməliyyatlar)
• Əmək haqqı
• Mənfəət vergisi
• Əmlak vergisi
• Amortizasiya, təmir və əmlak vergisi
• Mənfəət vergisi və ÖMV
• Sadələşdirilmiş vergi
• Əlavə dəyər vergisi
• Torpaq vergisi
• Aksiz,mədən vergisi
• Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyət

Təlimçi haqqında məlumat: Emin Səttar oğlu Səttarov İşlədiyi müəssisələr:
1. Headstart İnternational- Təlimçi/Məsləhətçi (vergi üzrə) 2.19.04.2015 “GRBS İnternational Professional Qualifications” MMC – Təlimçi/Məsləhətçi (vergi üzrə)
3. 01.09.2014 – cu tarixindən “SM CONSULTİNG” MMC – Direktor
4. “Praysvoterhauskupers Sentral Eyşa ənd Kokasus B.V.” Şirkətinin Azərbaycan Respublikasindakı Filialında (“PwC Azərbaycan”) – Tax adviser ( vergi məsləhətçisi)
5. Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyində – aparıcı mühasib
6. Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunda – mühasib

Müəllim kimi işlədiyi müəssisələr:
1. “GRBS İnternational Professional Qualifications” MMC – Təlimçi/Məsləhətçi (vergi üzrə)
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi – Baş müəllim (vergi üzrə)
3. 2010 -cu ildən etibarən, mütəmadi olaraq, bir çox təlimlərin təşkil olunmasını və tədrisini həyata keçirmişdir.

Qeydiyyatdan keçmək üçün aşağıdakı keçidə daxil olun
Tədris proqramına bütün tələbələr qoşula bilər.
Qeyd: İlk dərs 10 mart 09:00-da UNEC-in gənclik korpusanda təşkil olunacaq
Tələsin yerlər məduddur!
Qeydiyyat üçün link: http://goo.gl/forms/I8hvl2Nt7b

Bəyən və paylaş

Rəylər

rəy(lər)