Mühasibatlıq şöbəsində Təcrübəçi vakansiyası

Caspian Event Organisers şirkəti Mühasibatlıq şöbəsinə Təcrübəçi vakansiyası elan edir.

İŞİN TƏSVİRİ:

· Qaimə-fakturanın hazırlanması və sərgi zamanı iştirakçı şirkətlərə göndərilməsi;
· Ayın sonunda bank hesabatlarının hazırlanması və göndərilməsi;
· Müqavilələrin və əlaqəli sənədlərin qeydiyyatı və toplanması;
· Bank arayışlarının toplanması və açılan və bağlanan qalıqların yoxlanması;
· Ləğv müqavilələri və hesabatlarının hazırlanması, imzalanması və göndərilməsi.

TƏLƏBLƏR:

● İqtisadi sahə üzrə bakalavr ali təhsili;
●Azərbaycan, rus və ingilis dil biliklərinin olması vacibdir.
●Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel), Internetdə işləmə bacarığı);
●Komandada işləmək bacarığı;
●Diqqətli, məsuliyyətli və operativ olması.

Maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Mühasib Təcrübəçi” yazaraq  [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Related Articles