Vəzifənin adı: Mühasibatlıq üzrə Mütəxəssis
Vəzifənin məqsədi: Şirkətin prosedurlarına müvafiq olaraq mədaxil və məxaric fakturalarının mühasibatlıq sənədlərinə qeydə alınması və yoxlanılması, habelə əlaqəli əməliyyatların yerinə yetirilməsi. Bank əməliyyatlarının SAP sistemlərində qeydə alınması və yoxlanılması. Mühasibatlıq strukturları (uçot və hesabatvermə) və əlaqəli sistemlərin SAP sistemləri və elektron formalar kimi güclü mühasibatlıq strukturları çərçivəsində yaradılmasının təmin və inkişaf etdirilməsi. Hesabat dövrünün keyfiyyətlə bağlanılmasını təmin etmək. Şirkətin aktivlərinin yoxlanılması və qeydiyyata alınması, habelə amortizasiya hesabının hazırlanması. Əməliyyat sistemində (əsas əməliyyat sistemi və gələcəkdə sistem deyişilirsə yeni sistemdə) agentlərin maliyyə durumuna nəzarət etmək. Gündəlik bank inkassolarının alınması, bonus (mükafat) ödənişlərinin və əlaqəli proseslərin həyata keçirilməsi.
Hesabat verir: Mühasibatlıq üzrə baş menecerə
Əsas vəzifə öhdəlikləri:
• Şirkətin prosedurlarına müvafiq olaraq fakturalarının mühasibatlıq sənədlərinə daxil edilməsi;
• Mədaxil hesablamaları ilə bağlı mühasibatlıq işi və yığımlara dair qeydlərin hazırlanması;
• Şirkətin aktivləri ilə bağlı mühasibatlıq qeydlərinin daxil edilməsi;
• Əsas Vəsaitlər və qeyri maddi aktivlər hesablamalarına dair sənədlərin hazırlanması və SAP aparılması;
• Satıcı şirkətlər və işçilər üçün ödəniş (maaş) cədvəlləri hazırlamaq;
• Mühasibatlıq əməliyyatları, kapitalın hərəkəti ilə bağlı işləri yerinə yetirmək;
• Ümumi xərcləri təyinatı üzrə ayırmaq;
• Bütün əməliyyatları şirkətin polislərinə müvafiq olaraq yerinə yetirmək;
• Təchizatçı və işçilər, eləcə də agent hesablarını tutuşdurub yoxlamaq;
• Mühasibatlıq sistemlərinin inkişafını təmin etmək (SAP və jurnal üzrə formalar);
• SAP proqramında mühasibatlıq hesabatlarını hazırlamaq;
• Nağd pul və bank köçürmələri ilə bağlı mühasibatlıq qeydlərinin aparılması;
• Bank hesablarını bank bəyanatları ilə tutuşdurub yoxlamaq;
• Nağd pul hesabını nağd pul vəsaitləri ilə müqayisəli yoxlamaq;
• İşçilərin xərclərinin qeydiyyata alınması və yoxlanılması;
• Əməliyyat sistemində (əsas əməliyyat sistemi və gələcəkdə sistem deyişilirsə yeni sistemdə)agentlərin maliyyə durumuna nəzarət etmək;
• Müqayisəli yoxlamalar aparmaq və agentlərə hesab-fakturalar təqdim etmək;
• Gündəlik bank inkassolarının alınması, bonus (mükafat) ödənişlərini və əlaqədar prosesləri həyata keçirmək;
• Agentlər və oyunçuların maliyyə problemlərinin həll etmək;
• Şirkət və bank arasında yığımlar ödənilməsindən irəli gələn problemləri həll etmək;
• Agentlərin hesabları ilə bağlı pul köçürmələri etmək.
• Satıcılar və müştərilər ilə üzləşmələri hazırlamaq.
• Bütün sənədlərin mühasibatlıq və yerli qanunericiliyinə görə hazırlayıb arxivləşdirmək.
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Mühasibatlıq üzrə Mütəxəssis" yazmaqla[email protected]e-poçt ünvanına göndərmələri xahiş olunur.
__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur