5 Sentyabr 15:00

“MULTIKULTURALIZM DÜNYANIN HƏR YERINDƏ: FOTO VƏ POSTER MÜSABIQƏSI-2016 “

“MULTIKULTURALIZM DÜNYANIN HƏR YERINDƏ: FOTO VƏ POSTER MÜSABIQƏSI-2016 “
mövzusunda

M Ü S A B İ Q Ə

elan olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi ilə bağlı təşkil etdiyimiz müsabiqənin əsas məqsədi ölkəmizdə dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafının qorunub-saxlanılması, eyni zamanda təbliğinə dəstək olmaqdır.

Müsabiqənin mövzularına, məqsəd və vəzifələrinə uyğun material təqdim edən hər kəs iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulara və tələblərə uyğun olaraq vəsaitləri hazırlamalıdırlar:
• Multkultural Gənclər və ya Gənclər və Multikulturalizm;
• Multikulturalizm müsiqi dünyasında;
• Qadın problemləri və multikulturalizm;
• Multikulturalizmin qeyd olunması;
• İşyerlərində Multikulturalizm;
• Təhsildə multikulturalizm;
• Din və konfliktlər: Multikulturalizmin gələcəyi;
• Multikulturalizmin Azərbaycan modeli;
• Mənim multikulturalizm fəlsəfəm;
• Uşaqlar və multikulturalizm;
• Mədəniyyət Azadlığı: Yeni əsr üçün Şərq-Qərb ikitərəfli mədəni münasibətlər;
• Multikulturalizmdə etik məsələlər;
• Multikulturalizm və Texnologiya.

Foto üçün qoyulan tələblər: JPEG formatında , qısa kənarı ən az 2048 piksel ölçüsündə , şəkil ölçüsü 4 Mb’tan böyük olmayacaq şəkildə olmalıdır.

Poster üçün qoyulan tələblər. Maksimum 10 Mb, formatı – JPEG, PNG və ya PDF. Posterlərin orijinal ölçüsü A1 formatda olmalıdır. Təqdim edilən elektron posterə maksimum 400 sözdən ibarət olan və posteri təsvir edən mətn (azərbaycan, ingilis, rus dillərində ) əlavə oluna bilər. Posterin üzərində heç bir dövlət, ictimai və özəl təşkilatın loqosu olmamalıdır. Posterin yuxarı sol küncündə Beynəlxalq Multikultural Şəbəkə tərəfindən yerləşdiriləcək müvafiq loqo üçün 9 x 9 sm ölçüdə boş yer saxlanılmalıdır.

Müsabiqədə həm foto üzrə 3 qalib , həm də poster üzrə 3 qalib peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşdirərək aşağıdakı qaydada mükafatlandırılacaqdır:

I yer – Diplom və 350 manat məbləğində mükafat.
II yer – Diplom və 250 manat məbləğində mükafat.
III yer – Diplom və 200 manat məbləğində mükafat.

Müsabiqə materiallarının təqdim edilməsi üçün son tarix: 05 oktyabr , 2016–cı il.
Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)