14 Noyabr 17:22

“Multikulturalizmin beşiyi Azərbaycan” adlı sənədli filmin təqdimatı həyata keçirilib

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə çəkilmiş “Multikulturalizmin beşiyi Azərbaycan” adlı sənədli filmin təqdimatı həyata keçirildi. Təqdimat 13 noyabr 2016-cı il tarixində Gəncə şəhərində baş tutdu.Sənədli filmdə Şəki rayonunun Şin kəndində yaşayan Rutulların, Qəbələ rayonunun Niv kəndində yaşayan Udinlərin və Zaqatala rayonunun Mosul kəndində yaşayan ingeloyların mədəniyyəti, adət-ənənəsi bə gündəlik həyatı haqqında məlumat verilir. Layihənin məqsədi Azərbaycanda unikal mədəniyyəti, rəngarəngliyi ilə fərqlənən etnik qrupların tarixini, bu gününü öyrənmək, hazırlanmış sənədli film vasitəsilə ictimaiyyətə tanıtmaqdır.