21 May 18:14

Multimedia üzrə bilik və bacarıqlara yiyələnmək istəyən tələbələr üçün ÖDƏNİŞSİZ təcrübə proqramı

Pro Media School və PreMark Multimedia üzrə bilik və bacarıqlara yiyələnmək istəyən tələbələr üçün ÖDƏNİŞSİZ təcrübə proqramı elan edir.

Dörd ay müddətində davam edəcək təcrübə proqramı bol enerjili, məsuliyyətli, öyrənməyə həvəsli gənclər üçün nəzərdə tutulub.

Təcrübə proqramına qəbul edilən gənclər nə qazanacaqlar?

  • Peşəkar formada video çəkiliş, video proqramlarla iş, video montaj;
  • Düzgün foto çəkiliş, foto proqramlarla iş, foto redaktə;
  • Studiya və çəkiliş avadanlıqları ilə peşəkar davranış;
  • Reportajların, TV və radio süjetlərin hazırlanması;
  • Radio/TV-də veriliş layihələrinin hazırlanması;
  • Onlayn media alətləri;
  • Montaj proqramları.

Təcrübə proqramına qəbul olunanların yemək və yol xərcləri qarşılanacaq. Proqramı uğurla bitirən iştirakçılar PreMark-da müvafiq vakansiya üzrə işlə təmin olunacaq və ya müxtəlif qurumlarda fəaliyyətlərini davam etdirə bilmək üçün tövsiyə məktubu əldə edəcəklər.

Təcrübə proqramına qəbul ediləcək şəxslər:

  • Təcrübəsiz, amma həvəsli və öyrənməyə istəkli olanlar;
  • Kreativ və yenilikçi düşüncəyə sahib olanlar;
  • Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olanlar;
  • Komanda ilə işləməyi sevənlər;
  • Araşdırma, təşkiletmə bacarıqlarına sahib olan və ya yiyələnmək üçün səy göstərənlər.

Təcrübə proqramına necə müraciət edək?

 Təcrübə proqramında iştirak etmək istəyənlər 1 iyun 2018-ci il, saat 00:00 tarixinə qədər CV və maraq məktublarını (müraciət edən şəxsin proqramda öyrənəcəklərinin gələcək kariyerasına təsiri barədə) [email protected] ünvanına göndərməlidirlər. Yalnız seçilmiş şəxslər müsahibəyə dəvət olunacaqlar.

Ətraflı məlumat və ya suallar üçün əlaqə nömrəsi: +99470 403 43 63

Bəyən və paylaş

Rəylər

rəy(lər)