28 Oktyabr 00:57

“Münaqişədə gender rolunun əhəmiyyəti” mövzusunda təlim proqramına müraciət başladı

Əziz gənclər, sizi “Münaqişədə gender rolunun əhəmiyyəti” mövzusunda həyata keçirələcək yeni təlim proqramına müraciət etməyə dəvət edirik.

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, Böyük Britaniyanın Sabitlik və Təhlükəsizlik Fondu tərəfindən birgə maliyyələşdirilən “Görülməyən Tərəf” layihəsi noyabr və dekabr ayları ərzində həyata keçiriləcəkdir.

Layihə müddəti ərzində həyata keçiriləcək fəaliyyətlər:

1) “Münaqişədə gender rolunun əhəmiyyəti” mövzusu üzrə təlimlərin keçirilməsi ilə iştirakçıların bu mövzuda agahlığının artırılması;
2) “Aktyorluq” mövzusunda keçiriləcək təlimlər nəticəsində iştirakçılarda bu mövzu üzrə bacarıqların təkmilləşdirilməsi;
3) Kastinqin təşkil olunması;
4) Kastinqdə seçilmiş iştirakçıların aktyor kimi fəaliyyət göstərəcəyi film məşqlərinin və çəkilişlərinin həyata keçirilməsi;
5) Layihə yekununda hazırlanacaq filmin nümayişi.

Noyabr ayının ilk 3 həftəsi üzrə həftə sonları ərzində münaqişələr və sülh, o cümlədən aktyorluq mövzusuna dair təlimlər, qalan həftələr daxilində isə yuxarıda qeyd olunmuş digər fəaliyyətlər həyata keçiriləcəkdir.Təlim proqramının bütün günlərində iştirak vacibdir və tam iştirak edən iştirakçılara sertifikat veriləcəkdir.

Təlim və çəkiliş müddəti ərzində çay fasiləsi və nahar xərcləri tərəfimizdən tam şəkildə qarşılanacaqdır.

Qeydiyyat formu : http://bit.ly/WomanPeace

Son müraciət tarixi: 1 Noyabr 2019

Qeyd edək ki, müsahibə mərhələsi qeydiyyat müddəti ərzində paralel olaraq baş tutacaqdır və yekunda yalnız 15 nəfər iştirakçı seçiləcəkdir.

Layihə ilə bağlı hər hansı bir sualınız yaranacağı təqdirdə mənimlə e-mail yaxud mobil nömrə vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Email: [email protected]
Mobil nömrə: +994773331514

Bəyən və paylaş

Rəylər

rəy(lər)