6 Avqust 09:55

“Münaqişələrin həllində milli kimliyin rolu” mövzusunda ödənişsiz təlim

“Rondine Citadella della Pace” (Rondine Sülh Şəhəri) assossiyasının dəstəyi ilə 25-26 Avqust tarixlərində “Münaqişələrin həllində milli kimliyin rolu” mövzusunda 2 günlük təlim baş tutacaqdır.

Təlimin əsas məqsədi gəncləri milli kimlik səbəbindən yaranan münaqişələrin həllində sülhün əhəmiyyəti barədə maarifləndirməkdir.

Təlimdə iştirak etmək üçün tələb olunan şərtlər:

-Yaş həddi: 18-30;

-Münaqişə və sülh mövzusunda maraqlı olmaq;

-Qrup şəklində işləməyi bacarmaq;

-Bütün təlim sessiyalarında iştirak edə bilmək;

-İngilis dili biliyi arzuolunandır.

Təlim Azərbaycan dilində 25-26 Avqust tarixlərində saat 14:00-18:00-da Bakı şəhərində baş tutacaqdır. Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur.

Son müraciət tarixi: 19 Avqust 2018-ci il

Aşağıdakı link vasitəsilə təlimə qeydiyyatdan keçə bilərsiniz.

LİNK

Bəyən və paylaş

Rəylər

rəy(lər)