12 Mart 20:22

Müqəddəs sevgi

Ana da ürəkdən heç sevə bilmir

Ana da ən varlı oğlunu sevir.

Ən alçaq varlını göstərib misal,

Fərli,fərasətli,oğuldur deyir.

 

Ananın sevgisi müqəddəsdirmi?

Niyə üz turşudur kasıb oğluna?

Varlını görəndə dişin ağardır,

O girir cəfakeş ana roluna.

 

Tökülür gözündən müqəddəs yaşlar,

İsladır oğlunun təzə pencəyin.

Çevrilib o deyir kasıb oğluna,

Tfu burnundan gəlsin ana çörəyin.

 

Ana da ürəkdən heç sevə bilmir,

Ana da ən varlı oğlunu sevir.

Ən alçaq varlını göstərib misal,

Fərli,fərasətli,oğuldur deyir.

Fərid

Bəyən və paylaş

Rəylər

rəy(lər)