Müqavilələr üzrə mütəxəssis vakansiyası

PMD Projects MMC "Müqavilələr üzrə mütəxəssis" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: -Müqavilələrin hazırlanmasını, bölmələrin toplanmasını təmin etmək; -Layihədə görülən işlər üzrə layihə müdirinin və (və ya) kommersiya rəhbərinin tələbi ilə iş təlimatlarının verilməsini, uyğunluqsuzluq aktlarının verilməsini, məktubların, bildirişlərin verilməsini təmin etmək, layihə müdiri tərəfindən bu məktubların icrasının nəzərdə saxlanması üçün töhfə vermək; -Müəssisələr tərəfindən təqdim edilmiş bank qarantiyalarının müqavilə əlavəsində olan bank qarantiyasına uyğun olmasının yoxlanması, əgər uyğun olarsa sənədin əslinin şirkətə göndərilməsini təmin etmək; -Göndərilən və ya qəbul edilən sənədlərin qeydiyyatının aparılmasına nəzarət etmək; -Tender paketinin formalaşdırılması zamanı düzgün müqavilənin təqdim edilməsi, tender üçün zəruri olan sənədlərin toplanmasında yardımçı olmaq; -Müqaviləyə əlavə və dəyişikliklərin hazırlanması, müqavilə dəyişikliyi qaydasına uyğun olaraq bu dəyişikliklərin həyata keçirilməsini təmin etmək; -Podratçı şirkətlər ilə bağlanmış müqavilə şərtlərinə qarşı tərəf riayət etməzsə cərimə və digər təminat tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək; -Qarantiya müddətlərinin izlənməsi; -Rəhbərlik tərəfindən verilən aidiyyəti göstərişləri təmin etmək və zəruri toplantılarda iştirak etmək. Tələblər: - Ali təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi - İş təcrübəsi :Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi - Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili– yaxşı - Kompüter bacarıqları: MS Office Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az