13 Fevral 16:31

Murad Dadaşov Sumqayıt “ASAN xidmət” mərkəzində könüllü oldu

Sumqayıt regional “ASAN xidmət” mərkəzi “Könüllü məşhurlar” layihəsi
çərçivəsində növbəti qonağını qəbul etmişdir. Əməkdar artist, tanınmış
teleaparıcı, aktyor, “Bakılı Oğlanlar” şən və hazırcavablar klubunun

üzvü Murad Dadaşov Sumqayıt regional “ASAN xidmət” mərkəzinin qonağı
olub.
Murad Dadaşov cari və məzun könüllülərlə çay süfrəsi arxasında
görüşmüş, öz həyat təcrübəsindən ,əldə etdiyi uğurlardan, könüllülk
fəaliyyətinin əhəmiyyətindən danışıb, verilən sualları cavablandırıb.
Çay süfrəsindən sonra Murad Dadaşov könüllülük fəaliyyətinə başlayıb,
ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub, növbə
aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində xidmət
göstərib, vətəndaşlardan sorğu götürüb, Yaşıl ASAN, ASAN məktub, Əsgərə
Məktub layihəsinə dəstəyini ifadə etdi.
Bütün fəaliyyətlərini nəzərə alaraq Murad Əli oğlu Dadaşov 10 fevral
2018-ci il tarixində Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Könüllü
məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və
vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün
1-ci dərəcəli ŞƏHADƏTNAMƏ ilə təltif olunub.

Bəyən və paylaş

Rəylər

rəy(lər)