7 Fevral 18:17

Murad Əkbərli / “Cənub adət-ənənələri” ustad dərsi

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında “Perpendikulyar həqiqətlər” sərgisi çərçivəsində rəssam Murad Əkbərli tərəfindən cənub adət-ənənələri mövzusunda ustad dərsinə dəvət edir.

Mühazirəçi: Murad Əkbərli
Tarix: 12 fevral, 19:00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç.,
28,001 A
Giriş sərbəstdir

Murad Əkbərli tədbir zamanı Azərbaycanın cənubundakı həyat tərzi haqqında müzakirə aparacaq. Tədbirin iştirakçıları müzakirə zamanı kətan və boyalar vasitəsilə öz düşüncələrindəki “cənub dünyasını” yaradacaqlar. Bu zaman rəssamın əsərlərindəki subyektiv yanaşmasını eksperiment etməklə birlikdə öz baxış bucaqlarını da ortaya qoyacaqlar.

Rəssam Murad Əkbərlinin ekspressionistik tabloları, onun yaradıcılığında bir müddət əvvəl başlayan “yaşıl” mərhələsinin bir parçasıdır. Rəngkarlıq vasitəsilə ətrafında baş verən hadisələri əks etdirən rəssamın hər tablosu ayrı-ayrılıqda bir hekayədir. Onun “Leyli və Məcnun” instalyasiyası Nizami Gəncəvinin eyniadlı poemasına olan müasir alleqoriyadır.

Bioqrafiya

Murad Əkbərli 1984-cü ildə Lənkəranda anadan olub. O, 2010-cu ildə Bakıda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Yaradıcılığına 2010-cu ildə başlayan Murad Əkbərlinin əsərləri insan, qadın, kişi, ailə, ölüm və varlıq haqqındadır.

ARTIM Rooms haqqında

ARTIM ROOMS layihəsi gənc rəssam, kurator və digər yaradıcı peşə sahiblərinə müstəqil “otaqlar layihəsini” təklif edir. Hər kəs sahib olduğu bir və daha çox ideyalarını ARTIM Layihə Məkanının otaqları üçün təklif edə bilər. Layihənin məqsədi müzakirələr və eksperimentlər üçün nəzərdə tutulan yaşayan, dinamik və müstəqil platforma yaratmaqdır.

Sərginin tarixləri: 31 yanvar – 24 fevral
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00
Ətraflı məlumat: www.yarat.az; (012) 505 1414

Bəyən və paylaş

Rəylər

rəy(lər)