28 Sentyabr 13:42

Müsabiqədə iştirak et müəlliminə hədiyyə qazandır!

Müsabiqədə iştirak et müəlliminə hədiyyə qazandır!

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyini dəyərləndirəcək ölçü vahidi yoxdur.

(Sokrat) 

TuranBank Müəllim peşəsini yüksək qiymətləndirərək hər il olduğu kimi bu il də  Beynəlxalq Müəllimlər günü münasibətilə “Mənim müəllimim” adlı müsabiqəyə start verir. Bu dəfəki müsabiqəmizin gələcəyimiz olan məktəblilərimizin marağına səbəb olacağına ümid edirik. Belə ki, Azərbaycanda təhsil alan məktəblilərimiz sevdiyi və pərəstiş etdiyi müəllimi haqqında esse yazib 1 oktyabr  2019-cu il tarixinədək TuranBanka göndərməlidir. Müsabiqənin sonunda qalib seçiləcək essenin sahibi və həmin essenin  qəhrəman müəllimi TuranBankdan hədiyyə qazanacaq.  Qeyd edək ki,  5-11- ci sinif şagirdləri üçün nəzərdə tutulan müsabiqədə, iştirakçı esseni təhsil aldığı dildə yaza bilər. Hazır yazılar [email protected] elektron ünvanına və ya bankın istənilən filialına çatdırıla bilər.

Əziz məktəblilər bu şansı qaçırmayın. Müəlliminizin əməyi ilə bərabər öz yazı qabiliyyətinizi də dəyərləndirin. Hər birinizə  zehni açıqlıq və uğurlar arzu edirik! Layiq olan qalib gəlsin!

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Əlavə olaraq qeyd edək ki, bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)