reklam

Müsahibələrdə verilən "qəribə"​ suallar...

Bildiyimiz kimi, bir sıra şirkətlərdə müsahibə zamanı namizədlərə dolayı suallar verməyi xoşlayırlar. Günümüzdə internetden axtarıb tapdığı sualları araşdırmadan, Şirkətin profilinə və namizədə uyğun olub olmadığını analiz etmədən sırf “müsahibə” olsun deyə verən “HR”larımız da var, bu sahənin peşəkarı olanlar da. Bu situasiyadan bir xeyli narazı olan namizədlər də az deyil. Hər bir halda düşünürəm ki, verilən sualın arxasında mütləq bir məntiq durmalıdır. Soruşduğumuz suallarla namizədin daxili dünyasını və peşəkarlığını aşkar etməyə çalışmalıyıq. Dünyada tanınmış Apple, Zappos, Dell, Yaho və s. kimi böyük şirkətlərdə də müsahibə zamanı namizədləri çaşdıracaq maraqlı suallar verməyi sevirlər. Bu yaxınlarda məşhur iş saytlarından olan “Glasdoor” müsahibə zamanı verilmiş ən qəribə sualların siyahısını hazırlayıb. Bu məşhur şirkətlərin “eyçar”larının verdikləri sualları görüb, özümüzünkülərə şükür edəcəksiniz yəqin ki... Bəzi şirkətlərin müsahibələrdə verdikləri sualları, hansı fəaliyyət növü ilə məşğul olduğunu araşdırdım və qısaca qeyd etdim: 1. Zappos ofisində parad keçirməli olsaydınız, onu necə təşkil edərdiniz?(The Zappos Family – beynəlxalq online satış şirkəti); 2. Nə dərəcədə xoşbəxtsiniz və nə üçün?(Airbnb – beynəlxalq daşınmaz əmlak şirkəti); 3. Əgər Siz pizza çatdırılması üzrə kuryer olsaydınız, qayçıdan necə faydalanardınız?(Apple); 4. “American İdol” yarışmasında bir mahni ifa etməli olsaydınız, bu hansı mahnı olardı?(Red Frog Event); 5. Axtaransız, yoxsa toplayan?(Dell); 6. Bir adadasınız və oradan ancaq üç şey gətirə bilirsinizsə, bunlar nə olardı?(Yahoo); 7. Əgər siz bir qutu yarma olsaydınız, hansı növünü seçərdiniz və nə üçün?(Bed Bath & Beyond – məişət əşyaları istehsalçısı); 8. Siz Qar adamina inanırsınızmı?(Norwegian Cruise Line); 9. Tenis topu niyə hamar deyil?(Xerox); 10. İnsanlıq üçün düşündüyün ən yaxşı şey nədir?(ZocDoc – həkim və tibb xidmətləri axtarışı); 11. ABŞ-da olan müəssisələrin sayını tapmaq üçün “Yelp”dən necə istifadə edərdiniz?(Factual – informasiya texnologiyaları şirkəti); 12. Nə dərəcədə dürüstsən?(Allied Telesis – İP şəbəkələr üçün avadanlıqlar istehsal edən lider yapon şirkəti); 13. ABŞ-da hər il neçə kvadrat fut pizza yeyilir?(Goldman Sachs – məşhur investisiya bankı); 14. Fala baxmaq üçün kağızdan oriqami hazırlamağı sözlə necə başa salardınız?(LivingSocial – online alış-veriş xidməti); 15. 80 yaşında olsaydınız, övladlarınıza nə deyərdiniz?(McKinsey & Company – idarəetmə, konsaltinq sahəsində aparıcı şirkət); 16. Rəngli qələmlər qutusuna əlavə olunursunuz, hansı rəng olmağı seçərdiniz və nə üçün?(Urban Outfitters – geyim firması); 17. İnternet necə işləyir?(Akamai – veb sayt və provayder xidmətləri); 18. Haqqınızda film çəkilsəydi, sizin obrazınızı kim canlandırardı və nə üçün?(SinglePlatform – axtarış saytı); 19. Pul hansı rəngdədir?(American Heart Association); 20. Ən sonuncu verdiyiniz hədiyyə nədir?(Gallup – beynəlxalq araşdırma şirkəti); 21. Son zamanlar başınıza gələn ən əyləncəli hadisə nədir?(Applebee’s – Amerikada məşhur qril-bar şəbəkəsi); 22. Keçən il ABŞ-da neçə qartəmizləyın kürək satılmışdır?(TASER – elektroşok silahları istehsal edən şirkət); 23. Bu gün cümə axşamıdır və biz Sizi Kanadanın Kalqari şəhərindəki telekommunikasiya layihəsinin heyətinə daxil etmişik. Bazar ertəsi orada olmalısınız. Sizin uçuş biletiniz və oteliniz sifariş edilib, viza hazırdır. Getməzdən əvvəl edəcəyiniz beş şey nə olacaqdır?(ThoughtWorks – proqram təminatı şirkəti); 24. Təhlükəsizlik kəmərinin bağlanması prosesini və faydalarını izah edin.(Active Network - Event and Activity Management Software); 25. Heç gəmidə olmusunuzmu?(Applied Systems – avadanlıqların və texnoloji proseslərin avtomatlaşdırılması şirkəti) (bu suala mən böyük zövqlə “hə” cavabı verirəm, nəinki gəmidə hətta maşın şöbəsindən tutmuş, yağ-yanacaq çənlərinin içində olmuşam, təbii ki, boş çənlərin). Şərhləriniz maraqlıdır. Bu sualları Sizə versəydilər, cavablarınız necə olardı? Sevinj Garakishiyeva

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az