27 Sentyabr 00:12

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək

29 noyabr 2019-cu il tarixdə Azərbaycan İlahiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkil etdikləri “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək.

Konfransın məqsədi türk-müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələrin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün bir platforma təşkil etməkdir.

Konfransın istiqamətləri:
1. Antik yunan və Roma filosoflarının əsərlərinin İslam mütəfəkkirlərinin yetişməsində rolu.
2. Müsəlman Şərqində elmin inkişafına “Qurani-Kərim”in və ərəb dilinin təsiri.
3. Bəşər sivilizasiyasının inkişafında türk-müsəlman alimlərinin rolu.
4. Müsəlman dünyasında elmin inkişafında kitabxanaların rolu.
5. “Türk-müsəlman alimlərinin elm və texnologiyaya töhfələri” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq.
6. Dəqiq, təbiət və humanitar elmlərin inkişafında türk-müsəlman alimlərinin xidmətləri.
7. Türk-müsəlman alimlərinin elmi və fəlsəfi əsərlərinin dünya dillərinə tərcüməsi.
8. Müasir dövrdə elm və texnologiyanın inkişafında türkdilli dövlətlərin rolu: prioritetlər və gözləntilər.

Məqalələrin tərtibinə qoyulan tələblər:
• məqalədə minimum söz sayı – 1500;
• məqalənin adı;
• müəllifin elmi dərəcəsi və elmi adı (olduğu təqdirdə); müəllifin adı və soyadı; işlədiyi müəssisənin adı və tutduğu vəzifə (təhsil aldığı müəssisənin və fakültənin adı) (səhifənin yuxarısında sağda);
• Giriş, yarımbaşlıqlar və nəticə;
• 3 dildə (Azərbaycan, rus, ingilis) xülasə;
• 3 dildə (Azərbaycan, rus, ingilis) açar sözlər.

Məqalələr aşağıda göstərilən elektron poçt ünvanlarına göndərilməlidir:
[email protected]
[email protected]

Məqalələrin göndərilməsi üçün son tarix: 30.10.2019

Qeyd: Konfrans materialları kitab şəklində çap olunacaq.

Əlaqələndirici şəxslər:
Şəms Bağırova (Azərbaycan İlahiyyat İnstitutu)
(+99412) 510 65 45
(+99451) 969 88 00

Şahin Ələsgərov (Azərbaycan İlahiyyat İnstitutu)
(+99412) 510 65 45
(+99455) 529 93 80

Nuranə Tağıyeva ( Bakı Yunus Əmrə İnstitutu)
(+99412) 440 31 05
(+99450) 273 68 79

Elmir Laçınov (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)
(+99412) 493 64 24
(+99450) 220 45 85

Bəyən və paylaş

Rəylər

rəy(lər)