Musiqi məktəblərində kadr dəyişikliyi həyata keçirilib

Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan 36 nömrəli Uşaq Musiqi Məktəbində və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yeni direktor təyinatları həyata keçirilib.

Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Oqtay Tofiq oğlu Muxtarov 36 nömrəli Uşaq Musiqi Məktəbinin, Əziz Yaşar oğlu Qarayusifli isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru təyin edilib.

Bu təyinatadək O. Muxtarov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmış, Bakı Musiqi Akademiyasının məzunudur. Ə. Qarayusifli isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Yeni təyin olunan direktorların qarşısına Nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırılmışdır.

Bir cavab yazın

Back to top button