Müslüm Eldarovun xatirəsinə həsr olunmuş sərgi keçiriləcək

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin sərgi salonlarında noyabrın 21-dən dekabrın 5-dək rəssam və ictimai xadim

Müslüm Eldarovun (1956-2003) xatirəsinə həsr olunmuş sərgi keçiriləcəkdir.

Sərginin açılışı 21 noyabr saat 12:00-da baş tutacaqdır.

Açılış proqramı: sənədli filmə baxış, Müslim Eldarovun dostları və həmkarları ilə görüş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun tələbələrə müraciəti, Müslim Eldarovun heykəltəraşlıq, rəngkarlıq və qrafikanın müxtəlif janrlarında yaratdığı 94 əsərinin təqdim edildiyi sərgi ilə tanışlıq. Ekspozisiyaya həmçinin sənədli fotoşəkillər də daxildir.  Ümumilikdə sərgidə 122 eksponat nümayiş olunur.

Yenidənqurma dövründə və Azərbaycanın ilk müstəqillik illərində bənzəri olmayan rəssam və parlaq ictimai xadim Müslüm Eldarov müasir Azərbaycan incəsənətinə və onun xaricdə fəal təbliğinə böyük töhfə vermişdir.

Müslim Eldarov mədəniyyətin bütün sahələrində, müasir incəsənətdə üslub və istiqamətlərin müxtəlifliyində gənc mədəniyyət xadimlərinin dəstəklənməsi və  yaradıcı təşəbbüsün sərbəst inkişafı məqsədi ilə yaradıcı birliklərin proqressiv dəyişdirilməsinə və yeni formatda yaradıcı bir təşəbbüsün yaradılmasına yönəlmiş layihələrin müəllifi və təşkilatçısı idi.

Qarabağ münaqişəsinin başlanğıcından etibarən Müslüm Eldarovun fəaliyyətinin ilkin sahəsində Azərbaycanın məlumat blokadasının yarılmasına və Azərbaycan Respublikasının iqtisadiyyat və demokratik ictimai dəyişikliklər sahəsində Azərbaycan mədəniyyətinin dünyada ən geniş və ən effektiv təbliğatına  zərurət yaranır.

Müslüm Eldarovun heykəltəraşlıq, rəngkarlıq və qrafik işləri müxtəlif illərdə Azərbaycanda və onun hüdudlarından kənarda nümayiş etdirilmişdir.

Bir cavab yazın

Back to top button
Close