“Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda virtual Elmi konfransı keçiriləcək

 

Bakı Dövlət Universitetinin (BDU) Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə 31 may 2020-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda virtual Elmi konfransı keçiriləcəkdir.

Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır.

Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin 30 may 2020-ci il saat 17:00-dək [email protected] ünvanına müraciət etməsi xahiş olunur.

Bir cavab yazın

Back to top button