#
14 Sentyabr 11:50

“Müştəri xidmətləri” sahəsində təcrübə proqramı

Gənc namizədlərin nəzərinə!!!

Ölkənin ən iri, dayanıqlı və etibarlı banklarından biri olan “Rabitəbank” ASC  ali təhsilli, potensialı yüksək, pozitiv və ən əsası iş təcrübəsi olmayan namizədləri Bakı, Sumqayıt və Region filiallarında (Qaradağ, Ağsu, Ağcabədi,Gəncə, Xaçmaz, Kürdəmir, Quba, Qusar, Lənkəran, Naxçıvan, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Masallı) “Müştəri xidmətləri” sahəsində gənc mütəxəssislərin hazırlanması üçün təcrübə proqramına dəvət edir.

Təcrübə müddətində gənc mütəxəssislərə bank işinin əsas  prinsipləri ilə  tanış olaraq, özünün karyera təşəbbüslərini üzə çıxarmaq, fərdi bacarıqlarını inkişaf etdirmək, iş mühiti və əsl komanda işi prinsipləri ilə tanış olmaq, habelə bankın yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşları ilə birlikdə çalışaraq real təcrübə qazanmaq imkanları verir

Bu təcrübə proqramının iştirakçıları aşağıdakı mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər:

  • Biznes etika anlayışı və korporativ davranış normalarının əsasları;
  • Müştəri xidmətləri prinsipləri və müştərilərlə iş;
  • Bank məhsulları və onların satış prinsipləri;
  • Plastik kartlar və onlar vasitəsilə əməliyyatların aparılması;
  • Sürətli pul köçürmə sistemləri və onlarla iş prinsipləri;
  • SWIFT, XÖНKS-la iş prinsipləri;
  • Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərin valyuta əməliyyatlarının rejimi;
  • Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları;
  • Sərəncamlarla iş;
  • Mühasibat üçotonun əsasları.

Namizədlərə olan tələblər:

  • Ali təhsil;
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək öyrənmə və kommunikasiya qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi göstəricilərə malik olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Regionun adı/Müştəri xidmətləri/edumap.az yazmağınız  xahiş olunur.

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bəyən və paylaş

Rəylər

rəy(lər)