“Müştəri Xidmətləri şöbəsinin rəhbəri” üzrə vakansiya

“MOVER” MMC “Müştəri Xidmətləri şöbəsinin rəhbəri” üzrə əməkdaş axtarışındadır!

Vəzifə öhdəlikləri:
·       Müştəri məmnuniyətini təmin etmək məqsədilə bütün müştəri sorğularının operativ şəkildə cavablandırılmasının koordinasiya edilməsi;
·       Həm komanda üzvləri, həm də müştərilər üçün müştəri xidmətləri proseslərinin perfomans/səmərəlilik göstəricilərinə əsasən (yenidən) müəyyən və idarə olunması;
·       Müştəri xidmətlərinin səmərəliliyinin, keyfiyyətinin mütəmadi ölçülməsi və artırılması;
·       Bölmənin siyasət və prosedurlarının, standart cavablarının (FAQ) hazırlanmasının təmin edilməsi;
·       Şikayətlərin idarə olunması prosesinin qurulması və inkişaf etdirilməsi;
·       İşçilərin qiymətləndirilməsi və mükafatlandırılması üçün komanda üzvlərinin performansı ilə bağlı rəhbərliyə və İnsan resursları şöbəsinə ətraflı statistik rəy bildirilməsi;
·       Rəhbərlik tərəfindən verilən digər tapşırıqların öz səlahiyyəti çərçivəsində yerinə yetirilməsi.

Tələblər:

·       İqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
·       Müştəri xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsi;
·       Mükəmməl səviyyədə Azərbaycan və rus dili, orta səviyyədə ingilis dili;
·       Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
·       Biznes düşüncəsi və analitik zəkaya sahib olmalı;
·       Müştəri fokuslu və yüksək müştəri məmnuniyyəti əldə etməyə yönümlü;
·       Güclü liderlik və idarəçilik qabiliyyəti;
·       Məsuliyyətli, çevik, təşəbbüskar və yenilikçi olmalı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Xidmətləri şöbəsinin rəhbəri” qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Related Articles