7 Noyabr 13:50

Müştəri xidmətləri üzrə tibbi koordinator vakansiyası

Ümumi məlumatlar

– Tibb sahəsi üzrə ali təhsilli olmalı;
– İş təcrübəsi 1 il;

– Microsoft Office proqramları ilə işləyə bilməli;
– Türk və rus dillərini yaxşı bilməli, ingilis dili bilməsi üstünlükdür;
– Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı;
– Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı;
– Ünsiyyətcil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı;
– Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı;
– Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında məlumat

– Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
– Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
– Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
– Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
– Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
– Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları apararaq şikayətin əsas səbəbini araşdırmaq;
– Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq.

İş şərtləri

Növbəli iş qrafiki

Növbəli iş qrafiki ilə çalışacaq, rus dilini bilən ali tibb təhsilli şəxslər axtarırıq. Müraciət etmək istəyən şəxslər öz CV-lərini və ya mail ünvanına mövzu yerinə “Tibbi koordinator” yazaraq göndərə bilərlər.

Son müraciət tarixi
30.11.2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)