Müştəri xidmətləri və inzibati işlər üzrə assistent vakansiyası

Vəzifə: Müştəri xidmətləri və inzibati işlər üzrə assistent

 

Yerləşmə: Bakı, Azərbaycan

 

Tələblərimiz:

  • Ali təhsil arzuolunandır;
  • Müştəri xidmətləri, çağrı mərkəzi və ya təhsil sahəsində müştərilərlə yaxın ünsiyyətdə olmaqla oxşar vəzifələrdə ən azı 1 il iş təcrübəsi;
  • Problemləri həll etmə bacarığı, çətin vəziyyətlərdə əminlik, səbr, nəzakət göstərməklə danışıqlar aparmaq bacarığı;
  • Azərbaycan və rus dilləri üzrə bilik;
  • Kommunikasiya bacarıqları, konfliktlərin idarə olunması;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə bilik;
  • Komandada, həmçinin fərdi qaydada işləmək bacarığı;
  • Təşkilati, prioritetləri düzgün təyin etmə, vaxtı idarə etmə və stresli vəziyyətdə işləmək bacarıqları;
  • Müştərinin tələblərini dəqiqliklə anlamaq məqsədilə dinləmək bacarığı;

 

Əsas öhdəliklər:

 

  • Vaxtında və düzgün qaydada müştərilərlə şəxsən məşğul olmaq, müştərilərin elektron məktub və telefon sorğularının (şərhlərinin, şikayət və ya təkliflərinin) cavablandırılması. Bütün bunlar üzrə məsuliyyəti öz üzərinə götürmək – qulaq asmaq və həllə çatdırmaq (müvafiq şəxsləri cəlb etmək və cavabların vaxtında verilməsini təmin etmək).
  • Müvafiq intizam məsələlərində dəstək.
  • Problemlərin həll edilməsi məqsədilə müştərilərlə daimi olaraq ünsiyyətdə olmaq və onlarla rəhbərlik və ya müəllimlər tərəfindən gələn təkliflərlə bölüşmək.
  • Təşkilat üçün müştəri xidmətləri siyasətinin işlənib hazırlanması və tətbiq edilməsində yardım göstərmək. Xidmət prosedurlarını, siyasətini və standartlarını inkişaf etdirmək.
  • Düzgün şəkildə qeydlər aparmaq və müştəri xidmətləri üzrə fəaliyyəti və müzakirələri sənədləşdirmək.
  • Ofisə nəzarət, vaxtı-vaxtında təmizlik işləri və təchizatla məşğul olan şəxslərin məlumatlandırılması (ofisə və otaqlara nəzarət, təmizlik işinə ehtiyac olduğunda xadimələrə məlumatın verilməsi, müştərilər və işçilər olan otaqlara nəzər yetirmək, çatışmayan əşya və ya məhsullar olduğunda məsul şəxslərə bildirmək, dərman qutusunun yoxlanılması, sonuncu növbə olduğunda ofisi yoxlayıb bağlamaq).
  • Gələn qonaqları gülərüzlə qarşılamaq, qeydiyyata almaq və ofisə/konsultasiya otağına yola salmaq.
  • Kameralara nəzarət etmək, yaranan çətinlik və problemər haqqında Müştəri xidmətlərini məlumatlandırmaq (Müştəri xidmətlərinin qeyri-iş vaxtı olduğunda birbaşa müdaxilə edib problemi həll etmək).
  • Girişə nəzarət sisteminə görə cavabdehlik (lazım olduğunda girişin bağlanıb və açılması, giriş və çıxışın sistem üzrə hesabatlarının məsul şəxslərə verilməsi, giriş kartların verilib yığılması).
  • Resepşn bölməsinə nəzarət etmək (təmizliyin saxlanılması, bukletlər olmadığında məsul şəxsləri məlumatlandırmaq, müştəri və şagirdlər olan ərazidəki lövhələrə nəzarət və lazımı məlumatların lövhələr üzərində yerləşdirilməsi).
  • Anbara nəzarət (verilən və anbara qoyulan əşyaların qeydiyyatı, tədbirlər zamanı verilən dəftər, qələm və digər əşyaların qeydiyyatının aparılması).
  • Tədbirlər olduğunda nəzarət və təmizlik, təchizata dair məsul şəxslərin məlumatlandırılması.
  • Rəhbərlik tərəfindən təyin edilən digər tapşırıqların icrası.

 

 

Nələr təklif edirik:

 

  • Əmək Qanunvericiliyə uyğun olaraq işə qəbul.
  • İş qrafiki həftədə 40 saat olmaqla, ümumi cədvələ uyğun olaraq təyin edilir.
  • İl ərzində 21 gün ödənişli məzuniyyət haqqı.
  • Əmək haqqı müsahibə əsasında yalnız seçilmiş namizədlərə bildirilir.

 

Necə müraciət etməli:

 

Xahiş olunur rezümenizi məktubun “Mövzu” hissəsində “Müştəri xidmətləri və inzibati işlər üzrə assistent” qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərəsiniz.

Son tarix – 05 oktyabr 2020-ci il

Bir cavab yazın

Back to top button