Müştərilərə Xidmət şöbəsinin mütəxəssisi (Call center) vakansiyası

Müştərilərə Xidmət şöbəsinin mütəxəssisi (Call center)

  Vəzifə öhdəlikləri
  • Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
  • Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;
  • Sənədlərin düzgün ( qəbul olunmuş təlimatlara) uyğun olaraq işlənilməsi.
  • İş yerində hər zaman qəbul olunmuş geyim formasında olmaq, səliqəyə riayət etmək;
  • Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
  • Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
  • Kommunikabellilik və səbrli olma bacarığı;
  • Personal kompyuterdə istifadəçi səviyyəsində işləmə bacarığına malik olmaq;
  • Bir tapşırıqdan digərinə tez keçə və adaptasiya olma bacarığı;
  • Daxili fəaliyyət qaydalarına riayət etmək;
  • İş prosesini düzgün icra edə bilmək üçün şirkət tərəfindən istifadə edilən proqram vasitələrindən xəbərdar olmaq və onlardan istifadə etmək;
  • Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
  • Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
  • Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.
  Tələblər:
  • Ali təhsilli.
  • Yaş məhdudiyyəti : 19-35 yaş
  • Dil Bilikləri –Azərbaycan və rus dilini mükəmməl bilməli,
  • Nitqində qüsur olmamalı;
  • Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
  • Verilən tapşırığa adaptasiya olma bacarığı;
  • Kollektivə uyğunlaşma bacarığı.
  İş şəraiti :
  • Ofis daxili;
  • İş rejimi həftənin 6 günü (şənbə günü natamam);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin verilməsi;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi
  Maraqlananlardan xahiş olunur öz CV-lə[email protected] ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Müştərilərə xidmət şöbəsinin təmsilçisi” yazılmalıdır.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az