Mütəxəssislərin fəaliyyətə cəlb olunması üçün təklif

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və Konstitusiya Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunun Lənkəran, Masallı, Lerik və Astara rayonlarında  24 aylıq “AgroViziya” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı və təkrarlana bilən aqrar turizm / ekoturizmin inkişaf mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.

Layihənin ilkin mərhələsində görüləcək fəaliyyətlərdən biri Lənkəran iqtisadi bölgəsindəki turizm potensialı olan ev və fermer təsərrüfatlarının təyin olunması, potensiallarının qiymətləndirilməsi və onların turizm məkanları olaraq inkişafı  üçün biznes strategiyaların hazırlanmasıdır. Bu məqsədlə bu sahədə fəaliyyət göstərən expertlət əməkdaşlığa dəvət olunur.

Yerli mütəxəssislər qrupu tərəfindən aşağıdakı işlər görüləcək:

Öhdəliklər:

  1. turistik məkanların seçilməsi məqsədilə elana müraciət etmək üçün ərizə formasının hazırlanması;
  2. təkliflər üçün çağırışın təfərrüatları (uyğunluq üçün müraciət və seçim meyarları) tərtib edilməsi;
  3. komplekt turizm xidmətlərini (yaşayış, yemək, nəqliyyat və əyləncə) təklif edə bilən turistik məkanların və ya ərazilərin; məhsul yetişdirən (meyvə, tərəvəz, giləmeyvə) və / və ya heyvandarlıq, quşçuluq, balıq və ya arı yetişdirmək və / və ya heyvan və bitki məhsullarının (məsələn, süd istehsalçıları, mürəbbə və təbii meyvə şirəsi, təbii yun və boyalardan istifadə edən yerli sənətkarlıq, ağac oyma və s.) emalı ilə məşğul olan kiçik və orta ailə təsərrüfatları və müəssisələrin; qorunan vəhşi təbiət əraziləri də daxil olmaqla təbii gözəllik yerlərinə yaxın olan kənd evlərinin seçilməsi prosesində iştirak;
  4. seçilmiş TM-lərdə xidmət təminatçıları  və konsorsium üzvləri ilə görüşlərin keçirilməsi, təlim ehtiyaclarının qiymətləndirilməsi və digər lazımi araşdırmaların aparılması;
  5. TM-lərin inkişaf strategiyalarının hazırlanmasıı.

Məhsul:

Məhsul 1. Turistik məkanlar üçün təkliflərin qəbulu elanına ərizə formasının hazırlanması;

Məhsul 2. Lənkəran iqtisadi bölgəsindəki seçilmiş turistik məkanların layihəyə cəlb olunması;

Məhsul 3. Hər TM üçün strategiyaların tərtib edilməsi.

İcra müddətləri

Məhsul 1. Təkliflər üçün ərizə formasının hazırlanması 20 sentyabr 2020 – 30 sentyabr 2020
Məhsul 2. Turist Məntəqələrinin qiymətləndirilməsi 10 oktyabr 2020 – 25 dekabr 2021
Məhsul 3. Turist Məntəqələri üçün strategiyaların tərtib edilməsi 01 dekabr 2020 – 01 fevral 2021

Namizədə tələblər:

  1. Ali təhsil (müvafiq ixtisas sahəsində)
  2. İş təcrübəsi olanlara üstünlük veriləcək
  3. Aqrar turizm / ekoturizm barədə biliklərə malik olmaq
  4. İnkişaf strategiyası hazırlanması sahəsində təcrübəyə malik olmaq
  5. Dil bilikləri – ingilis və rus dillərini bilmək arzuolunandır
  6. Kompüter bilikləri: MS Ofis proqramları

Müraciət qaydası

Əməkdaşlıq etməkdə maraqlı olan namizədlərdən tərcümeyi – hal və daha öncə gördükləri  işlər haqqında məlumatı [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 10 sentyabr 2020-ci il, saat 18:00-dək.

Bir cavab yazın

Back to top button