Cümə axşamı, 21 Avqust, 2025

Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin mütəxəssisi vəzifəsi üzrəvakansiya


  • Dərc edildi: 8 İyul, 2021 - 11:22
Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin mütəxəssisi vəzifəsi üzrəvakansiya

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanındaSahibkarlığın İnkişafı Fondu/Entrepreneurship Development Fund “Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin mütəxəssisi” vəzifəsi üzrəvakansiyaelan edir. Əsas öhdəliklər: - Sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdiriməsi məqsədilə vəsaitlərin ayrılmasına dair müvəkkil kredit təşkilatlarının sifarişlərinə müvafiq qaydada baxmaq, sifarişlər əsasında müvafiq təqdimat hazırlamaq və Fondun rəhbərliyinə təqdim etmək; - Maliyyə dəstəyi almaq məqsədilə Fonda müraciət edən sahibkarlıq subyektlərinə məsləhət və informasiya xidməti göstərmək; - Fondla müvəkkil kredit təşkilatları arasında bağlanmış əməkdaşlıq haqqında müqavilədə vəsaitlərin istifadə müddətlərini və sair şərtləri nəzərdə tutan tələblərin yerinə yetirilməsi vəziyyətini araşdırmaq və nəzarətdə saxlamaq; - Müqavilə şərtlərini yerinə yetirməyən müvəkkil kredit təşkilatları barəsində tədbirlərin görülməsi, o cümlədən müqavilələrə xitam verilməsi və eləcə də digər tədbirlərin görülməsi barədə Fondun rəhbərliyinə təkliflər vermək; - Müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri əsasında limit çərçivəsində onlara ayrılan vəsaitlərin həcminə nəzarət emək; - Müvəkkil kredit təşkilatlarının sifarişi əsasında Fondun vəsaitləri hesabına verilmiş güzəştli kreditlərin qeydiyyatını aparmaq; - Vətəndaş müraciətlərinə (yazılı və şifahi formada) qanunvericiliyə uyğun baxılmasını təmin etmək; - Qarşısında duran vəzifələrin və tapşırıqların, hazırladığı, araşdırdığı sənədlərin vaxtında və düzgün icrasını təmin etmək; - Şöbənin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək; - Şöbənin fəaliyyəti ilə bağlı digər işləri yerinə yetirmək. Namizədə dair tələblər: - İqtisadiyyat və idarəetmə ixtisasları üzrə ali təhsil; - Bank və digər maliyyə təşkilatlarında iş təcrübəsi üstünlükdür; - Rus dili (B1), İngilis dili bilikləri (B1); - MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti (orta səviyyədə); - Təşkilatçılıq, problemi həll etmək səriştəsi; - Qərarvermə və ünsiyyət qabiliyyəti. Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV-ni, vəzifə adını qeyd etməklə,[email protected]elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 23 iyul 2021-ci il

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 49
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7054
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1815
Azərbaycan Texnologi...