26 Noyabr 00:21

Muzey gecəsi “Şərqi hiss et”

Muzeydə gecə “Şərqi hiss et”

Müasirliyin adət-ənənə ilə birliyini Şərqdə hiss et.

Əziz dostlar!

YARAT Müasir İncəsənət Məkanı, sizi 3 dekabr tarixində Azərbaycan mədəniyyətinin Şərq dəyərləri ilə tanış edəcək möhtəşəm gecəyə dəvət edir.

Sizin üçün xüsusi olaraq, şərq mədəniyyətinin demək olar ki, bütün sahələrini əhatə edən bir sıra silsilə tədbirlər hazırlamışıq. Bu tədbirlərə müxtəlif rəqslərdən tutmuş, ədəbiyyat, musiqi, hətta bodi-art nümunələri də daxil olacaq. Heç şübhəsiz ki, hər bir iştirakçısı, özünü Şərqin bir parçası kimi hiss etməklə yanaşı, bu gecədən özünə bir pay götürəcək.

Belə ki, siz, əllərinizi orijinal xına rəsmləri ilə bəzəmək, möhtəşəm performansda iştirak etmək, müasir rəqs elementlərini mənimsəmək, Azərbaycanın klassik ədəbiyyatının ən dəyərli incilərindən biri olan, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından parçalar dinləmək, eləcə də xatirə şəkilləri çəkdirmək imkanı əldə edəcəksiniz.

PROQRAM (müddəti: 18:00-00:00)
– 18:00 – 21:45 – Bodi-art (Vücud rəsm sənəti)
– 18:00 – 18:45 – Rəqs ustad dərsi (Kumbiya rəqsi)
– 19:00 – 19:45 – “YUĞ” teatrının performansı
– 19:00 – 19:30 – Poeziya toplusu (Azərbaycan dilində)
– 20:00 – 20:30 – Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı (F. Əmirovun “Nizami” simfoniyası)
– 20: 45 – 21:15 – Poeziya toplusu (Rus dilində)
– 20:30 – 21:15 – “YUĞ” teatrının performansı
– 21:15 – 21:45 – Rəqs ustad dərsi (Azərbaycan milli rəqsi)
– 22:00 – 22:45 – “Natiq Ritm Qrupu”-nun çıxışı
– 22:45 – 23:30 – Rəqs ustad dərsi (Salsa rəqsi)

Giriş sərbəstdir

*DİQQƏT! Qeyd etmək istəyirik ki, iştirakçıların sayı hər tədbir üçün məhduddur. Ödənişsiz biletləri yerində əldə edə biləcəksiniz.

XINA GUŞƏSİ 18:00 – 21:45
Müxtəlif ənənəvi və qeyri-adi dizayn çalarlarlarını özündə birləşdirən, uzun müddət silinməyən unikal xına rəsmlərini sən də əldə et!

AÇIQ RƏQS DƏRSLƏRİ – Əgər aktiv olmağın sevincini yaşamaq istəyirsənsə, bizim üç açıq rəqs dərslərimizdən birinə qatıl və Azərbaycan milli rəqsini, kumbiyanı, hətta salsanı öyrən! Ilham Osmanov’s Dance and Art Studio-sı, sizə kütləvi xarakter daşıyan kollektiv rəqslərdə çıxış etməyə və öz performans bacarıqlarınızı təkmilləşdirməyə kömək edəcək.

18:00 – 18:45
İlk əvvəl Kolumbiyada yaranan, daha sonra isə Latın Amerikasının digər ölkələrinə yayılan, son dərəcə şən və hardasa atletik elementləri özünə daxil edən kumbiya rəqsini sən də öyrən.

21:15 – 21:45
Parlaq Azərbaycan milli rəqslərində iştirak etməklə, zəngin mədəniyyətinizi hiss etmək və onu dəyərləndirmək imkanı əldə edəcəksiniz.

22:45 – 23:30
Salsa – dünyanın ən “qaynar” və “enerjili” rəqslərinin sırasında yer alıb. Bu rəqs, özündə bir çox fərqli, təsirli elementləri birləşdirir.

19:00 – 19:45; 20:30 – 21:15
YUĞ TEATRININ CANLI PERFORMANSI
YUĞ teatrının peşəkar aktyorlarının iştirakı ilə keçiriləcək canlı performansda sən də iştirak et və yaradıcı təxəyyülünə sərbəstlik ver! Bu yeni, möhtəşəm teatr növü ilə tanış ol və unikal, estetik təcrübənin sənin necə dəyişdiyinin şahidi ol!

19:00 -19:30; 20:45 – 21:15
ƏDƏBİYYAT GUŞƏSİ
Poeziya anlarını yaşamaq üçün, “Ədəbiyyat güşəsi”-nə qatıl və klassik Azərbaycan ədəbiyyatını özün üçün yenidən kəşf et. Nizami Gəncəvinin məşhur “Xosrov və Şirin” poemasında müxtəlif parçalar iki tanınmış aktyor – Fuad Osmanov və Maqsud Məmmədov tərəfindən səsləndiriləcək.

20:00 – 20:45
KAMERA ORKESTRİNİN KONSERTİ
Tanınmış dirijor, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən Fikrət Əmirovun möhtəşəm “Nizami” simfoniyası ifa olunacaq. Y. Adıgözəlov bu günə qədər, M. Rastropoviç, S. Stadler, N.Petrov, B.Berezovski, D. Koqan, P. Yablonski və digər dünya şöhrətli solistlər ilə eyni səhnədə çıxış edib.

22:00 – 22:45
“Natiq Ritm Qrupu”-nun çıxışı
Proqram Azərbaycanın Əməkdar artisti, perkussionist, mahir nağara ifaçısı Natiq Şirinovun rəhbərliyi ilə “Natiq Ritm Qrupu”-nun ifası ilə yekunlaşdırılacaq. Qrupun yaradıcısı Natiq Şirinov yalnız bəstəkar deyil, həmçinin nağara ifaçılığı üzrə innovator, musiqi sahəsində yeniliklərin tətbiq edilməsi həvəskarı kimi tanınır. Öz kollektivi ilə birgə Natiq Şirinov dünya səviyyəsində populyarlıq qazanmış və bir sıra beynəlxalq mükafatlar əldə etmişdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)