“Nə? Harada? Nə zaman?” Açılış Kuboku – Finalı keçirilib

08.11.2015-ci il tarixində “Boulevard Side Hotel”-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı İntellektual Oyunlar Klubu və Akademiya Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan İntellektual hərəkatının tarixinə düşən “Açılış kuboku”-nun yarımfinal və final mərhələsi keçirildi. İlk öncə hər birində 16 komandanın iştirak etdiyi 12 sualdan ibarət 2 yarımfınal oyunu keçirildi İOK Rəhbəri Ülvi Şamilovun səsləndirdiyi toplam 24 sualdan sonra hər yarımfinal oyunundan 8 komanda olmaqla ümumilikdə 16 komanda finala vəsiqə qazandı. Final mərhələsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tərbiyə işləri üzrə prorektoru professor Fikrət Rzayevin açılış nitqi ilə başladı ardınca Tələbə Gənclər Təşkilatının sədri Cavid Hüseynov çıxış edərək öz növbəsində komandalara uğurlar arzuladı sonda Akademiya tədris mərkəzinin baş meneceri Orxan Qasımov iştirakçıları müxtəlif kompaniyalar haqqında məlumatlandırdı. Səslənən 24 sualdan sonra qaliblər müəyyənləşdi. Möhtəşəm keçən final oyununun sonunda “Coğrafiya və Gənclərin Çağırışaqədərki Hazırlığı” fakültəsinin ”Hərbiçilər” komandası 12 xal ilə 1-ci yeri qazandılar. “Kimya” fakültəsinin ”Maxito” komandası 11 xal ilə 2-ci oldu və ilk 3-lüyü “Coğrafiya və Gənclərin Çağırışaqədərki Hazırlığı” fakültəsinin “Soliders” komandası 10 xal ilə tamamladı. Müvafiq olaraq 1-ci yer tutan “Hərbiçilər” komandasının üzvləri planşet, 2-ci yer tutan “Maxito” komandasının üzvləri mp3 player, 3-cü yer tutan “Soliders” komandasının üzvləri isə saat qazandılar. Eyni zamanda bütün komandalar diplom və kubokla mükafatlandırıldı. “Açılış Kuboku” Final mərhələsində Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyev və Akademiya tədris mərkəzinin direktoru Elşən Abbasov fəxri qonaqlar qismində iştirak etmişlər

Bir cavab yazın

Back to top button