“Nə? Harada? Nə” zaman intellektual oyunu üzrə “Dostluq kuboku” turniri keçirilib

12.03.2016 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Nə?Harada?Nə zaman intellektual oyunu üzrə “Dostluq kuboku” turniri keçirilmişdir.Yarışmada Azərbaycan Dövlət Pedaqoji Universiteti və ADPU-nun Gənclik korpusunun(keçmiş AMİ) tələbələrindən təşkil edilmiş 16komanda iştirak etmişdir.
Oyunda açılış nitqi ilə ADPU-nun Təlim-tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayev çıxış etmiş,tələbələrə intellektual oyunun əhəmiyyəti və faydaları haqda məlumat vermiş və iştirakçı komandalara uğurlar arzu etmişdir.
Daha sonra 24 sualdan ibarət turnir baş tutmuşdur. Gərgin və maraqlı mübarizə şəklində keçən oyunun sonunda Filologiya fakültəsinin “Heksoqon” komandası bütün rəqiblərini qabaqlayaraq “Dostluq kuboku”nun sahibi oldu. 2-ci yerin sahibi ADPU-nun gənclik korpusunu(Keçmiş AMİ)təmsil edən “Error” komandası oldu.Qalib üçlüyü Kimya fakültəsinin “Rəngli düşüncələr” komandası tamamladı.
Qalib komandalara mükafatları Gənclik korpusunun TGT üzrə nümayəndəsi Samiq Abışlı,layihənin ideya müəllifi, ADPU TGT sədr müavini Məhəmməd İsrayılzadə və ADPU İntellektual Oyunlar Klubunun rəhbəri Ülvi Şamilov təqdim etdi.
Qalib komandaları bir daha təbrik edir,daha böyük uğurlar arzu edirik.Bütün komandalara yarışmada iştirak etdikləri üçün təşəkkür edirik.

1928258_972230409499450_6387848747571348292_n 10885346_972230219499469_8961002051901000427_n 12805662_972230256166132_3785990318303165988_n

Bir cavab yazın

Back to top button