26 Sentyabr 17:14

“Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqə elan edir

Bank Respublika və Azərbaycan Banklar Assosasiyası (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru” mövzusunda “Ən yaxşı məqalə” və “Ən yaxşı video çarx” olmaqla 2 nominasiya üzrə müsabiqə elan edir.

Müsabiqənin keçirilməsində məqsəd – əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir.

Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:

  • Nağdsız cəmiyyətin formalaşmasının üstün cəhətləri;
  • Nağdsız cəmiyyətin formalaşmasında əsas amillər hansılardır;
  • Nağdsız ödənişlərin təşviqinə yönəlmiş kampaniyalar;
  • Nağdsız ödənişlərin nağd ödənişlərə nisbətdə təhlükəsizliyi;
  • Nağdsız ödənişlərin iqtisadi əhəmiyyəti

Müsabiqənin şərtləri haqda ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 25.10.2019-cu il tarixinədək öz işlərini [email protected] ünvanına göndərə bilərlər.

Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər 6-7 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)