#
16 Sentyabr 21:42

Najiba Design 2018/19 payız-qış kolleksiyasının təqdimatı

22 sentyabr tarixində Najiba Design brendinin bohem tərzli geyim və aksessuarların moda nümayişi keçiriləcək. Nümayişdə gənc modelyer-dizayner Nəcibə İsmayılova tərəfindən yaradılan brendin 2018/2019 payız-qış kolleksiyası təqdim ediləcək.

Gənc dizayner kolleksiyasını azad ruhlu, sabahını düşünməyən və həyatı rəngli yaşayan bohem tərzli qadınlara həsr edib. Tədbir zamanı həmçinin, “ModArt Fashion school”un tələbələrinin capsule kolleksiyası da nümayiş olunacaq.

Qeyd edək ki, Najiba Design geyim brendinin yaradıcısı Nəcibə İsmayılova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelyer rəssam ixtisasını bitirib. Modelyer dizayner kimi bu sahə üzrə təcrübə qazanan gənc rəssam bir çox sərgidə iştirak edib. Son iki ildir ki, “ModArt Fashion school” moda məktəbinin təsisçisidir, geyim dizaynı, illüstrasiya və tikiş üzrə dərsləri tədris edir.

Tarix: 22 senytabr 2018, saat 19:00
Məkan: Excelsior Hotel & Spa Baku Afurja zalı
Tədbirə giriş ödənişlidir. Bilet 10 azn
Əlaqə nömrəsi: +99451 646 60 86

İnformasiya dəstəyi: Frame.az, Elevation Partners Club Azerbaijan

Bəyən və paylaş

Rəylər

rəy(lər)